ABŞ-ın vitse-prezidenti Kamala Harris prezident seçkilərində qalib gəlsə, Ağ Evin rəhbəri Co Baydenin siyasi kursunu davam etdirmək niyyətində deyil.
Azpost.info xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
Telekanala müsahibəsində o, ABŞ lideri kimi yeni ideyalar gətirəcəyini vəd edib.
“Mənim prezidentliyim Co Baydenin prezidentliyinin davamı olmayacaq. Mən öz həyat təcrübəmi, peşəkar təcrübəmi, həmçinin təzə və innovativ ideyalarımı gətirəcəyəm”, – Harris qeyd edib.
Demokratların namizədi özünü “liderlərin yeni nəsli” adlandırıb.
Azpost.info