“Kamala Harrisin mümkün seçki qələbəsi İsrail üçün ağır nəticələrə gətirib çıxaracaq”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizədi Donald Tramp bildirib.
“Prezident mən olsaydım, 7 oktyabr hücumu heç vaxt baş verməzdi. Əgər biz bu seçkidə qalib gəlməsək, bu, Yaxın Şərq münaqişəsində dəhşətli nəticələrə gətirib çıxaracaq. Harrisin mümkün qələbəsi İsrail üçün ekzistensial təhlükə yaradacaq”, – Tramp deyib.
Eks-prezident indiki administrasiyanı bir il əvvəl Yaxın Şərqdə baş vermiş vəhşiliklərdə ittiham edib. O, həmçinin iddia edib ki, Demokratlar Partiyasının bir neçə nümayəndəsi antisemit baxışlara malikdir.
Azpost.info