Hatayda zəlzələdə dağılan binaları tikmiş sahibkar ölkədən qaçarkən tutuldu –FOTO

Hatayda zəlzələdə dağılan “Renesans Residence”-in podratçısı xaricə qaçmaq istəyərkən İstanbul Hava Limanında saxlanılıb.

Azpost.info DHA-ya istinadən bildirir ki, Hatayda dağılan “Renessans” iqamətgahının podratçısı Mehmet Yaşar Coşkunun pulla İstanbul Hava Limanından xaricə qaçmağa çalışdığı bildirilib.

Xəbərdarlıq əsasında hərəkətə keçən polis bu gün Coşkunun İstanbul hava limanından çıxmasının qarşısını alıb.

Qaziosmanpaşa Prokurorluğunun əmri ilə tutulan Coşkun nəzarətə alınaraq polis bölməsinə aparılıb.

 

 

 

Əvvəlki məqalə

Qazaxıstanın Rusiya ilə sərhədində zəlzələ olub

Sonrakı məqalə

Ermənistanın sabiq müdafiə naziri həbs edilir –