Hava Hücumundan Müdafiə bölmələrində döyüş atışları icra edilib –VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən ümumqoşun poliqonunda Hava Hücumundan Müdafiə (HHM) bölmələrində döyüş atışları icra edilib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Təkmilləşdirilmiş S-125 2TM zenit-raket komplekslərindən aşağı hündürlükdə uçan az sürətli və kiçik ölçülü hava hədəflərinin aşkar edilərək praktiki şəkildə məhv edilməsi üzrə tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilib.
Atışların keçirilməsində əsas məqsəd şəxsi heyətin praktiki vərdişlərinin, həmçinin zenit-raket komplekslərinin idarəetmə bacarıqlarının təkmilləşdirilməsi və döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

 

Əvvəlki məqalə

Ağcabədidə qəbiristanlıqdan oğurluq edən şəxs saxlanılıb

Sonrakı məqalə

Tolerantlıq siyasəti  üçün vacib çağırışlar