“Hazırkı vəziyyətdə Qarabağda atəşkəsin davamlı olması vacibdir” –HULUSİ AKAR

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana son səfəri zamanı regionda atəşkəsə bağlı sabitliyin olmasına diqqət çəkib.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında bildirib.

“Hazırkı vəziyyətdə hər kəsin masaya oturub, danışıb, görüşüb atəşkəsin davamlı olması, sabitliyin və insanların etimad və rifah içərisində yaşamasının təmin edilməsi vacibdir. Bunun üçün nə lazımdırsa, biz Türkiyə Cümhuriyyəti dövləti olaraq hər məsələdə olduğu kimi bu məsələdə də son dərəcə konstruktiv, dialoqa açıq və məntiqli həll yollarını ortaya qoyuruq”, – Türkiyənin müdafiə naziri vurğulayıb.

H. Akar Türkiyənin bu təkliflərinə müsbət yanaşmanın olub-olmamasına cavab olaraq qeyd edib ki, bu məsələdə bəzi siqnallar var: “Bizim gözləntimiz bölgədə sabitliyin bərqərar olmasıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Atası, anası qızın meyitinə baxmayıb…” –

Sonrakı məqalə

“Prezident tapşırıq verib, idman federasiyalarının işi araşdırılır” –