“Heç bir faktor olmadan yüksək postlara təyin olunmuşam” –Novruz Məmmədov

“Çalışmışam ki, mənə göstərilən etimadı doğruldum. Mən heç bir faktor olmadan yüksək postlara təyin olunmuşam”.

Azpost.info bildirir ki, bu sözləri lent.az-a müsahibəsində Azərbaycanın sabiq baş naziri Novruz Məmmədov bildirib. O qeyd edib ki, qarşısında duran vəzifəni layiqincə, vicdanla yerinə yetirən şəxs kim olmasından asılı olmayaraq, əvvəl-axır uğur qazanacaq, öz layiq olduğu yerdə olacaq:  “Azərbaycan cəmiyyətində bu özünü doğruldur”.

N.Məmmədov karyerasından danışaraq deyib ki, universiteti fərqlənmə ilə bitirdiyi üçün nazirliyin qərarı ilə universitetdə qalıb: “Fransız dilini yaxşı bildiyim üçün məni xaricə göndərdilər və bir müddət orada çalışdım. Bundan sonra iki dəfə xaricdə baş hərbi tərcüməçi kimi çalışmışam. Ölkəyə qayıdandan sonra dekan müavini, kafedra müdiri, dekan vəzifələrində çalışdım. Bundan sonra ulu öndər məni Administrasiyada işləməyə dəvət etdi. Mən öz üzərimə düşən vəzifəni vicdanla yerinə yetirdiyim üçün vəzifədən vəzifəyə yüksəlmişəm. Bu bizim ölkə və cəmiyyət üçün göstəricidir”.

Sabiq baş nazir ölkədəki son prosesləri şərh edərkən deyib ki, islahatlar nəticəsində vəzifəyə gətirilən gənclərin fəaliyyəti göz önündədir: “Onların nailiyyətlərini biz müşahidə edirik. İndiki reallıqda belə də davam etməliyik. Dövr rəqabət, mübarizə dövrüdür. Ölkəmizin indiki vəziyyəti nəzərə alınmalıdır. Əhalisinin sayına və ərazisinə görə kiçik ölkə olmağımıza baxmayaraq, ölkəmiz dəfələrlə ən güclü ölkələr siyahısında yer alır. Güclü olmaq əhalinin sayından yaxud ərazinin ölçüsündən asılı olan faktor deyil. Güclü olmaq beynəlxalq aləmdə ölkənin rəhbəri ilə xalqın arasında olan birliklə ölçülür. Ölkədə olan vəziyyət-sabitlik, təhlükəsizlik burada xüsusi rol oynayır. Artıq ölkədə elə bir sahə yoxdur ki, orada islahatlar keçirilməsin. Bu uğurlu proseslərin davam etməsi Azərbaycanda gələcək nəsillər üçün də xeyli imkanlar açacaq”.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Naxçıvanda həkimlərin maaşı 50 faiz artırıldı –

Sonrakı məqalə

Prezident İlham Əliyev Bakı-Quba-Rusiya yolunun tikintisi ilə tanış oldu: