HƏMAS-la İsrail hakimiyyəti arasında Qəzza zolağında vəziyyətin nizamlanmasına dair sazişin bağlanması üzrə danışıqlar gələn həftə bərpa olunacaq.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” adı açıqlanmayan rəsmiyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, bu qərar Parisdə İsrail kəşfiyyat xidmətinin rəhbəri Mossad David Barnea, Qətərin xarici işlər naziri Şeyx Məhəmməd bin Abdel Rəhman Əl Tani və Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börnslə görüşdən sonra qəbul edilib.
Azpost.info