İsrail ordusu HƏMAS Siyasi Bürosunun yaralı rəhbəri Yəhya Sinvarın həyatının son dəqiqələrini əks etdirən videonu dərc edib.
Azpost.info bildirir ki, ölümündən əvvəl o, İsrailə məxsus pilotsuz uçan aparatı çubuqla vurmağa çalışıb. Daha sonra onun snayper tərəfindən öldürüldüyü bildirilir.
Benyamin Netanyahu Sinvarın öldürülməsini Qəzzada Həmas hakimiyyətinin süqutunda mühüm mərhələ adlandırıb. ABŞ prezidenti Co Bayden Netanyahunu radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri Yəhya Sinvarın sıradan çıxarılması münasibətilə təbrik edib. Bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
Yəhya Sinvar HƏMAS-ın qurucularından biridir. Bir neçə ay əvvəl o, İsmayıl Haniyyənin öldürülməsindən sonra təşkilatın Siyasi Bürosuna rəhbərlik edib. İsrailə görə, o, 2023-cü il oktyabrın 7-də İsrailə hücum planının təşkilatçılarından biri olub.
Azpost.info