“HƏMAS üzvlərinin dirənişçilər olduqlarını deməkdən çəkinməyəcəyik”- Türkiyə prezidenti

“Kimlərsə narahat olacaq deyə, HƏMAS üzvlərinin vətənlərini və canlarını qorumağa çalışan dirənişçilər olduqlarını dilə gətirməkdən heç vaxt çəkinməyəcəyik”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 121 “hə” səsi ilə qəbul edilən Qəzza qətnaməsinə “bitərəf” qalan ölkələrin liderləri ilə danışacağıq. Fələstinə hər cür görünən və görünməyən humanitar dəstəyi veririk. İsraili beynəlxalq arenada təcrid etməyə davam edəcəyik. Məzlum Qəzza xalqını vəhşicəsinə qətlə yetirən İsrailin siyasi və hərbi liderlərinin beynəlxalq məhkəmələrdə mühakimə olunması üçün addımlar atacağıq”, – Ərdoğan qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.