Heydər Əliyev prospektində dəhşətli qəza –5 nəfər öldü, 2 nəfər yaralandı- FOTO/VİDEO

Bakıda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzası olub.

Hadisə Heydər Əliyev Prospektində, Şəfa stadionun yaxınlığında qeydə alınıb.

Avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib ki, qəza zamanı “Toyota Prius” və “Mercedes” avtomobilləri toqquşub:

“İlkin araşdırmalar zamanı məlum olub ki, hadisə “Mercedes”in manevr qaydalarını pozması nəticəsində baş verib. Belə ki, “Koroğlu” metrosu istiqamətində “Mercedes” markalı avtomobil sürətlə gələrkən maneəyə çırpılaraq yolun ortasına düşüb. Arxadan gələn “Toyota Prius” avtomobili “Mercedes”ə çırpılıb. 3 nəfər hadisə yerində ölüb. “Toyota Prius”un içində olanlar təcili xəstəxanaya aparılıb. Onların vəziyyəti ağırdır”.

 

**

Bakıda baş verən yol qəzasında xəsarət alanlardan biri ölüb.

APA xəbər verir ki, həkimlərin səyinə baxmayaraq xəstəxanaya yerləşdirilən “Toyata Prius”un sərnişi olan qadın ölüb.

Bununla da yol qəzasında ölənlərin sayı 4-ə çatıb.

 

**

Bakıda baş verən qəzada ölənlərin sayı 5-ə çatıb.

Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirib ki, qəza zamanı 1997-ci il təvəllüdlü Vüqar Abdullayev, 1994-cü il Pərviz Əlizadə

1994-cü il təvəllüdlü Aytəkin Allahyorava, 2001-ci il təvəllüdü Könul Namazova, 1997-ci il Jalə Aslanova ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

 

Əvvəlki məqalə

“Arxayın olun, hər şey yaxşı olacaq!” –

Sonrakı məqalə

Bakıda 4 nəfərin öldüyü qəza ilə bağlı cinayət işi açılıb