Heydər Əliyev Hava Limanında sərnişinin cibindən tapança çıxdı

Heydər Əliyev Beynəlxalq Aeroportunda uçuşdan əvvəl yoxlama zamanı sərnişinlərdən birindən “Makarov” tipli tapança götürülüb.

Azpost.info  Heydər Əliyev Beynəlxalq Aeroportuna istinadla xəbər verir ki, silah “Azərbaycan Hava Yolları” QSC-nin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin əməkdaşları tərəfindən aşkar edilib.

Fakt sənədləşdirilib, sərnişin əlavə araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.