Hidayət Orucov Qırğızıstandakı səfir vəzifəsindən geri çağırdı –Yeni səfir təyin olundu

Hidayət Orucov Azərbaycanın Qırğız Respublikasında səfir vəzifəsindən geri çağırılıb.
Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Digər sərəncamla Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Qeyd edək ki, L.Qəndilov bu ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılmışdı.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Brilliant Dadaşovanın bacısı oğlu həbs edildi

Sonrakı məqalə

Dolların sabaha olan rəsmi məzənnəsi