Hikmət Hacıyev və Armen Qriqoryan Qətərdə panel müzakirəsində iştirak edib

Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Doha forumu çərçivəsində “Ermənistan-Azərbaycan davamlı sülh: Vaşinqton sazişi və ortaq gələcək” adlı panel müzakirəsində iştirak ediblər.
Bununla bağlı Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşım edib.
“Biz Vaşinqton razılaşmalarının həyata keçirilməsi baxımından sülhün iqtisadi faydası, əlaqələrin qurulması, etimad quruculuğu tədbirləri və s. istiqamətdə atılan addımları müzakirə etdik.
Mən Azərbaycanın Cənubi Qafqaz regionunu davamlı sülh və rifah zonasına çevirmək üçün güclü niyyətini vurğuladım”, – paylaşımda qeyd olunur.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.