Hikmət Hacıyev və Ceyhun Bayramov mətbuat konfransı keçirəcək

10 Oktyabr 2020 - 13:43

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) mətbuat konfransı keçiriləcək.

Mətbuat konfransında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Xarici İşlər naziri Ceyhun Bayramov iştirak edəcək.

Mətbuat konfransı saat 15.00-da başlayacaq.