Himalayda adamla dolu “uçan xalça” hamını təəccübləndirdi –

VİDEO
28 May 2020 - 14:33

Tvitter istifadəçisinin yayımladığı bir video oxucuların heyrətinə səbəb olub.

Azpost.info bildirir ki, videoda Himalayda dağ yolu ilə insanları aparan yük maşını əks olunub. Pilotsuz aparatla yuxarıdan çəkilən video ilk baxışdan insanların oturduğu “uçan xalça”ya oxşayır. Sanki yük maışını havada “süzür”. Bu məqam istifadəçiləri təəccübləndirib.

“Sanki “uçan xalçadır” –deyə istifadəçilər yazıblar.

Bir çox şərhçilər dağ yolunda belə hərəkəti təhlükəli olduğunu qeyd ediblər.