Hindistanda seçkilərdə 642 milyon nəfər səs verib- Rekord göstərici

Hindistanda keçirilən ümumi parlament seçkilərində 642 milyon seçici səs verib ki, bu da ümumi parlament seçkiləri üzrə dünya rekordu olub.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin seçki komissiyasının rəhbəri Radjiv Kumar bildirib.

“Hindistan bu il parlamentin aşağı palatası seçkilərində 642 milyon seçicinin səs verməsi ilə dünya rekordu qırdı. Onlardan 312 milyonu qadındır”, – Kumar deyib.

Onun sözlərinə görə, seçkilərdə G7 ölkələri ilə müqayisədə 1,5 dəfə, Aİ-nin bütün 27 ölkəsindən isə 2,5 dəfə çox insan səs verib.

“Bu, Hindistan seçicilərinin inanılmaz gücüdür” – Kumar bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.