Hizbullahın atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub

Hizbullah təşkilatının Livan ərazisindən İsrailə atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub.

Artıq bir neçə saatdır davam edən və yaşayış məntəqələrinə yaxınlaşan yanğının qarşısını almaq hələ də mümkün olmayıb.

İsrail yanğınsöndürmə briqadaları yanğına havadan və qurudan müdaxiləni davam etdirir. Qabaqlayıcı tədbirlər çərçivəsində bir çox yaşayış məntəqəsi də tamamilə boşaldılıb.

Qeyd edək ki, yanğınlar ölkənin şimalındakı Yuxarı Cəlil bölgəsində dağlıq ərazilərdə yayılıb.

Əvvəlki məqalə

İmran Xan dövlət sirri ilə bağlı ittihamdan bəraət aldı-

Sonrakı məqalə

Gürcüstanda 5,4 bal gücündə zəlzələ olub