“Hollivud daha mənim üçün maraqlı deyil…” –CONNİ DEPP EKRANA QAYITDI

Məşhur kino aktyoru Conni Depp Kann kinofestivalında Hollivudun onun üçün əvvəlki qədər maraqlı olmadığını deyib.

Azpost.info bildirir ki, aktyorun sözlərini “Page Six” nəşri  açıqlayıb.

Depp keçmiş həyat yoldaşı Amber Heard ilə keçirilən səs-küylü məhkəmə prosesindən sonra ona qarşı boykotun davam edib-etmədiyi ilə bağlı suala belə cavab verib. “Mən indi boykot edildiyimi hiss edirəm? Xeyr, heç də yox. Hollivud haqqında düşünmədiyim üçün boykot hiss etmirəm. Artıq Hollivudda o qədər də xüsusi ehtiyac hiss etmirəm”, – deyə aktyor paylaşıb.

Depp hesab edir ki, onun “Jeanne DuBarry” filmindəki rolunu böyük ekrana qayıdış adlandırmaq olmaz. “Mən heç yerə getməmişəm, odur ki, “qayıtdı” sözü məndə sual doğurur. Bəlkə qorxduqları üçün mənə zəng etməyi dayandırdılar “.

Kann kinofestivalında “Jeanne Dubarry” filminin nümayişi yeddi dəqiqəlik sürəkli alqışlarla qarşılanıb. Layihədə baş rolu canlandıran Conni Depp şoudan sonra alqışlar zamanı göz yaşlarına boğulub.O filmdə  Fransa kralı XV Lüdovik rolunu oynayıb. Bu, keçmiş həyat yoldaşı Amber Heard ilə uzun sürən məhkəmə çəkişməsindən sonra üç illik fasilədən sonra ilk filmdir.

Azpost.info

 

 

 

Əvvəlki məqalə

Trampın partiyadaşı ona rəqib oldu –

Sonrakı məqalə

Masallıda “təcili yardım” qəzaya düşdü, içindəki xəstə öldü