Hollivud ulduzu, kino aktyor Kolin Farrel çox böyük xeyirxaq bir jest edib. Aktyor dünyada “kəpənək dərisi” kimi tanınmış, tibb elmi tərəfindən indiyədək müalicəsi tapılmayan və çox nadir genetik xəstəlik epidermoliz bulloza xəstəliyi ilə yaşayan insanlara hər zaman təmənnasız yardım edən “Debra Ireland” xeyriyyə təşkilatına dəstək verməklə onlarla birlikdə Dublin Marafonunda iştirak edib.
Aktyor marafonu dörd saatdan bir qədər çox müddətdə qaça bilib. Yürüş vaxtı o, son dörd kilometri artıq uzun müddətdir ki, sevgilisi olan Emma Foqartinin dəstəyi ilə əlil arabasını itələyib. Kolin Farrell özü təşəbbüs göstərib, üstəlik də arabadakı qızı, yəni bülloz epidermolizindən əziyyət çəkən yarış iştirakçısını Hollivudun ulduz aktyoru şəxsi istəyi ilə seçib. Bu marafon həmin əlil qızın 40 illik yubileyinə təsadüf edib. Adətən bu xəstəliyə düçar olanların əksəriyyəti onun yaşına çata bilmirlər. Bu tədbir sayəsində aktyor və sevdiyi qadın Foqarti 679 min avro toplaya biliblər.
“Əslində, bu qaçış özünü biruzə verməsə də, hər gün keçirdiyi ağrılarla müqayisə edəndə heç nədir. Həyatının on ilini əks etdirən 4 kilometrlik bir yolda onun məni gözlədiyini, birlikdə son zolağı getməsini görmək mənim üçün şərəf idi. Mən bunu heç vaxt unutmayacağam” deyə Hollivud ulduzu, kino aktyor Kolin Farrell bildirib.
Oqtay Qorçu