Hovuzlar və akvaparkları insanların yoluxa biləcəyi müxtəlif infeksiyaların mənbəyi ola bilər.
Azpost.info xəbər verir ki, rusiyalı həkim-ekspert Vera Serejina deyir.
Onun sözlərinə görə, heç də bütün ictimai yerlər sanitar tələblərə cavab vermir və müştərilərdən sağlamlıq haqqında arayış tələb etmir.
“Göbələk infeksiyası olan bir nəfər kifayətdir ki, başqalarını risk altına atsın”, – həkim xəbərdarlıq edir.
O qeyd edib ki, üzgüçülük hovuzlarında və akvaparklarda salmonellyoz, konyunktivit, dizenteriya, hepatit A və bir sıra digər xəstəliklərə də tutulma təhükəsi var. Üstəlik insanlardan başqa infeksiya mənbələri günəş şezlongları, tutacaqlar, kafellər, dəsmallar, ayaqqabılar, hava döşəkləri də ola bilər.
Azpost.info