İranın hədəflərinə hücum edərsə, İsrailə sarsıdıcı cavab veriləcək.
Azpost.info xəbər verir ki, bunu SEPAH komandiri general-leytenant Hüseyn Səlami İran İslam İnqilabı Keşikçiləri Korpusunun mərhum müavini Abbas Nilforuşanla vida mərasimində deyib.
“Bilirsiniz ki, biz bir şey dedikdə, onu həyata keçiririk. İrandakı və ya bölgədəki hədəflərimizdən hər hansı birini vursanız, İranın cavabı ağrılı olacaq. ABŞ-ın THAAD sistemləri də kömək etməyəcək”, – Səlami bildirib.
Azpost.info