Hulisi Akar Qarabağda xidmət edəcək türk hərbiçiləri ilə görüşdü –"Azərbaycanlı qardaşlarımızın müdafiəsini yerinə yetirəcəyik”

Türkiyənin müdafiə naziri Hulisi Akar, Bakıda Dağlıq Qarabağda atəşkəsə nəzarət etmək üçün ortaq mərkəzdə xidmət edəcək hərbiçilərlə görüşüb.

Bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hulisi Akar bildirib ki, türk hərbiçiləri atəşkəsin qorunması ilə bağlı Birgə Mərkəzdəki vəzifələrini icra etməyə hazırdırlar:“Ortaq Mərkəzdə fəaliyyətə başladıqdan sonra işlərimiz çoxalacaq. Azərbaycanlı qardaşlarımızın haqlı mübarizəsində, müdafiə vəzifəmizi yerinə yetirəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Nərimanov icra hakimiyyəti müharibədən qayıdan əməkdaşını qarşıladı –

Sonrakı məqalə

“Xankəndinin girişindəki döyüşdə yaralandım… məni dubinka ilə döyürdülər”-