Türkiyənin milli müdafiə naziri Hulusi Akarın rəhbərliyində, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Yaşar Gülər və digərlərinin iştirakı ilə videokonfrans formatında iclas keçirilib.
Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, iclasa 30 yanvarda fəaliyyətə başlayan Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya Birgə Mərkəzində xidmət edən türkiyəli general da qatılıb.
Vəziyyətlə bağlı təqdimatla çıxış edən generala nazir Hulusi Akar müxtəlif tapşırıqlar verib.(APA)