Humanitar Kollec Qırğızsıtan Teatr Kolleci ilə memorandum imzalayıb

Mayın 21-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti nəzdində Humanitar Kollec və T. Abdumomunov adına Qırğızıstan Milli Akademik Dram Teatrının nəzdində Teatr Kolleci arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Kollecdən bildirilib ki, sənəddə birgə yaradıcılıq layihələrinin, elmi-praktik, elmi-metodik konfransların, seminarların, ustad dərslərinin, dəyirmi masaların və qastrol səfərlərinin, konkret əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

Memorandumu kolleclərin direktorları musiqişünas Nərmin Qaralova və Kurmancan Adılbekova imzalayıblar.

İmzalanma mərasimində Humanitar Kollecin direktoru Nərmin Qaralova bildirib ki, bu cür əməkdaşlıqlar ölkələrimizin mədəniyyət və incəsənətinin inkişafı, iki ölkə arasında təbliği baxımından mühüm əhəmiyyət kəsb edir: “Bu imza sənəd üzərində qalmayacaq və kolleclərimiz arasında yaradıcı heyətlərin təcrübə mübadiləsinin təşkili hər zaman öz sözünü deyəcək”.

Əvvəlki məqalə

Almaniya XİN rəhbəri elan edilməmiş səfərlə Kiyevə gəlib

Sonrakı məqalə

“Hələ qələbənin şokundayam, dünya çempionu oldum” –