Husilər Təl-Əvivin yaxınlığında elektrik stansiyasını raketlə vurub

APA xəbər verir ki, bu barədə husilərin silahlı qüvvələrinin nümayəndəsi Yəhya Səriya açıqlama verib.

“Yəmən silahlı qüvvələrinin artilleriya birləşmələri Yaffanın şərqində yerləşən İsrailə məxsus elektrik stansiyasına hücum etmək üçün “Fələstin-2” hipersəs ballistik raketindən istifadə edərək hərbi əməliyyat keçirib. Raket hədəfi dəqiqliklə vurub”, – deyə Səriyanın “əl-Məsira” telekanalı tərəfindən yayımlanan videosunda deyilir.

Sariya həmçinin husilərin Təl-Əviv ərazisindəki hərbi obyektə pilotsuz təyyarə ilə zərbə endirildiyini deyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.