Peskovdan rusiyalılara xəbərdarlıq –Avropa ölkələrinə səfər etmək təhlükəlidir

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Avropa İttifaqı ölkələrinə səfərlərin təhlükəli ola biləcəyini bildirib.

Peskov bu açıqlamanı “Rıbar” Telegram kanalının müəllifi Mixail Zvincukun Monteneqroda saxlanılmasını şərh edərkən verib.

“Hazırda Rusiya vətəndaşlarının Avropa ölkələrinə səfər etməsi təhlükəlidir. Bunu tam əminliklə və bütün məsuliyyətimizlə deyə bilərik”, – deyə Peskov əlavə edib.

O, sanksiyalar altında olan ictimai xadimləri öz hərəkətlərini mövcud şəraitə uyğun qiymətləndirməyə çağırıb.

“Bəli, biz bu sanksiyaları beynəlxalq hüquq baxımından qanunsuz hesab edirik. Lakin Avropa ölkələrinin özündə və Avropa İttifaqı məkanında sanksiyaların pozulması cinayət hesab olunur”, – deyə Peskov vurğulayıb.

Zvincukun saxlanılması ilə əlaqədar Peskov həmçinin bildirib ki, Rusiya diplomatları ölkə vətəndaşlarının hüquqlarının qorunmasını təmin edəcəklər.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.