Hərbi attaşelərlə bu ilin yekununa dair toplantı keçirilib- FOTO

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində xarici dövlətlərin Azərbaycanda akkreditə olunmuş hərbi attaşeləri ilə cari ilin yekununa dair toplantı keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, toplantıda 2023-cü il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb. Növbəti ildə bu istiqamətdə icra olunacaq fəaliyyətlər, o cümlədən perspektiv planlarla bağlı ətraflı məlumatlar verilib.

Tədbirin sonunda hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.