Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib

Sentyabrın 27-də İsrailin Beyruta endirdiyi aviasiya zərbəsi nəticəsində ölən “Hizbullah” hərəkatının baş katibi Həsən Nəsrullah müvəqqəti olaraq gizli yerdə dəfn edilib.

“Sky News Arabia” telekanalı bu barədə təşkilata olan yaxın mənbələrə istinadla məlumat yayıb. Məlumata görə, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi nəzərə alınaraq verilib.

“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yetişənədək gizli şəkildə və gizli yerdə basdırılıb”, – deyə mənbə bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.