İƏT nümayəndə heyəti Ağdam rayonuna gəlib

İşğaldan azad edilmiş ərazilərə səfər edən İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Füzuli rayonundan sonra Ağdama gəlib. Səfərin əsas məqsədi Ermənistan tərəfindən dini-mədəni abidələrin, azərbaycanlılara məxsus qəbiristanlıqların dağıdılması faktlarının yerində araşdırılması, işğal və raket hücumları nəticəsində zərər çəkmiş azərbaycanlılarla bağlı məlumatların toplanması və nəticələrə əsasən hesabat hazırlayaraq beynəlxalq ictimaiyyətə təqdim edilməsidir.

AZƏRTAC xəbər verir ki, İƏT Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının nümayəndə heyəti Ağdamda dağıdılmış dini obyektlərin və qəbiristanlıqların monitorinqini aparacaq və Azərbaycan dövləti tərəfindən həyata keçirilən yenidənqurma işləri ilə tanış olacaqlar. Səfər zamanı Qiyaslı, Qarağacı məzarlıqlarına, Şəhidlər xiyabanına, Cümə məscidinə, Dram teatrının qalıqlarına, yeni inşa edilən konfrans mərkəzinə baxış nəzərdə tutulur.

Əvvəlki məqalə

Hakan Fidan İranda Cənubi Qafqazda baş verən hadisələri müzakirə edib

Sonrakı məqalə

Pekində “Azərbaycan Ticarət Evi” açılıb