I sinfə qəbul:elektron sistemdə 5 yaşlı uşaqlarla bağlı 105 mindən çox məlumat var

“I sinfə qəbulla bağlı elektron sistemdə 5 yaşlı uşaqlarla bağlı 105 mindən çox  məlumat var. Bu o deməkdir ki, həmin uşaqlarla bağlı elektron sistemə avtomatik sorğu yerləşdiriləcək”.

APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin Yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirmə sektorunun məsləhətçisi Elçin Kərimov bildirib. Onun sözlərinə görə, uşağının başqa məktəbdə oxumasını istəyən 5 yaşlıların valideynləri martın 13-dən elektron sistemdə istədiyi məktəbi seçə bilərlər: “Bu uşaqların 6,8 faizi təhsillərini başqa dildə alanlardır. Bu isə ümumilikdə 5 yaşlıların 7200 nəfərini təşkil edir. Onlardan 3500-i Bakı, 3700-ü isə digər regionları əhatə edir. Ümumilikdə respublikanın regionlarında 24 fevraldan başlayan müsahibə komissiyalarının sayı 50-dir, həmin müsahibələr sabah yekunlaşacaq. Müsahibə komissiyalarının şifahi nitq bacarığını yoxlaması zamanı həmin uşaqların  9 faizə qədəri qeyri-qənaətbəxş cavab alıb”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Bizimlə müharibə etmək heç kəsin ağlına gəlməsin”

Sonrakı məqalə

Ərdoğan Rusiyaya səfər edəcək