İki deputat seçkilərə qatılmaqdan vaz keçdi –

FOTO
29 Dekabr 2019 - 18:26

Beşinci çağırış Milli Məclisin daha iki bitərəf deputatı 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə qatılmaq fikrindən vaz keçib.

93 saylı Bərdə şəhər seçki dairəsindən Modern.az-a verilən məlumata görə, bir nəfərin namizədliyi qeydə alınıb: “Hazırda həmin dairədən 9 nəfər namizədliyini irəli sürüb. Onlardan bir nəfərin namizədliyi qeydə alınıb. O da Baxşəliyev Ərəstun Əli oğludur”.

Dairədən o da bildirilib ki, namizədliyini irəli sürənlər arasında beşinci çağırış Milli Məclisin deputatı olan Gövhər Baxşəliyevanın adı yoxdur: “Gövhər Baxşəliyeva hələ ki, namizədliyini irəli sürməyib”.

59 saylı Salyan seçki dairəsindən də saytımıza bildirilib ki, beşinci çağırış Milli Məclisin deputatı olan Əliağa Hüseynov namizədliyini irəli sürənlər arasında deyil: “Əliağa Hüseynov budəfəki seçkilərdə iştirak etmir”.

Qeyd edək ki, bundan öncəki seçkilərdə Gövhər Baxşəliyeva 93 saylı Bərdə şəhər seçki dairəsindən, Əliağa Hüseynov isə 59 saylı Salyan seçki dairəsindən deputat seçilmişdilər.