İki gün ərzində Tbilisidə etirazçıların zorakılıq aksiyaları nəticəsində Gürcüstan Daxili İşlər Nazirliyinin 42 əməkdaşı ağır yaralanıb.
Azpost.info xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin rəis müavini Aleksandr Daraxvelidze bildirib.
“İki gün ərzində aksiya iştirakçılarının zorakı hərəkətləri nəticəsində Daxili İşlər Nazirliyinin 42 əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri, o cümlədən yanıq və sınıq xəsarətləri ilə tibb müəssisələrinə yerləşdirilib”, – o qeyd edib.
Azpost.info