İki ildə ölkədə 7 siyasi partiya qeydə alınıb –

Azərbaycanda neçə partiya var? (RƏSMİ)
08 Dekabr 2021 - 16:14

“Azərbaycanda hazırda 58 siyasi partiya var. Onlardan 7 siyasi partiya 2020-ci ildə, 2 siyasi partiya isə bu il qeydiyyata alınıb”.

Bunu Ədliyyə Nazirliyinin Qeyri-hökumət Təşkilatları ilə iş şöbəsinin rəisi Aslan Hacıyev bildirib.

Onun sözlərinə görə, ölkədə 3359 ictimai birlik, 211 fond, 73 həmkarlar ittifaqı, 224 mənzil mülkiyyətçiləri müştərək cəmiyyətləri var. Şöbə rəisi deyib ki, son 5 ildə vətəndaş cəmiyyətlərinə 900 milyon manatdan çox məbləğ 10 minə yaxın layihə üzrə ayrılıb.(APA)