İki magistralda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Bakı-Quba-Rusiya və Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yollarında hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar hərəkətin yenidən təşkili ilə bağlı hərəkət iştirakçılarına (sürücülərə) xəbərdarlıq edib.

Agentlikdən bildirilib ki, M-1 Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 65,1-ci kilometrində sol tərəfdə (Giləzi-Sitalçay ərazisində Bakı istiqamətində) quraşdırılan elektron tərəzi sisteminin son tamamlanma işləri ilə əlaqədar 10 (on) gün müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil edilib.

M-2 Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun 47,9-cu kilometrində (Qaradağ ərazisi, DYP postu yaxınlığında) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar isə 2 (iki) ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil olunub.

Əvvəlki məqalə

Tramp prezident seçilsə, İlon Maskı məsləhətçisi təyin edəcək?

Sonrakı məqalə

Məhkəmə Tofiq Yaqublu ilə bağlı qərar verib