İkinci dəfə 190 manat bu tarixdən veriləcək –

Nazirlik AÇIQLADI
02 May 2020 - 22:21

“Yaxın günlərdə 600 min şəxsə 190 manat birdəfəlik ödəmənin aprel ayı üçün ödənişləri tam başa çatacaq. Bundan sonra isə may ayı üzrə ödənişlərə başlanılacaq”.

Bunu açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar ikinci dəfə 190 manat ödənişi bank kartları vasitəsilə alacaqlar. ƏƏSMN-nin sifarişi ilə həmin 600 min şəxsin adına banklar tərəfindən tam ödənişsiz olaraq bank hesabları açılacaq. Vətəndaşlar həmin bank kartları vasitəsilə 190 manat ödənişi ala biləcəklər.

“Artıq bu proses başlayıb, həmin şəxslərin adına bank hesabları açılır. Birinci dəfə biz aprel ayının 9-dan ödənişləri etməyə başladıq. İkincə dəfə isə 190 manat birdəfəlik ödəmə may ayının 10-dan sonra verilməyə başlanılacaq.”