Peruda futbol oyunu zamanı meydançaya ildırım düşüb.
Azpost.info bildirir ki, bununla bağlı yayılmış kadrlarda ildırımın düşməsi aydın görünür.
Bir futbolçu ildırım vurması nəticəsində ölüb. Daha bir neçə nəfər yaralanıb.
Faciə noyabrın 3-də Perunun Huancayo şəhərində “Juventud Bellavista” və “Familia Chocca” klubları arasında keçirilən oyun zamanı baş verib.
Qarşılaşma zamanı güclü yağış başlayıb və hakim oyunu dayandırmaq qərarına gəlib. Futbolçular meydanı tərk etməyə başlayanda meydançanı ildırım vurub. Hadisə nəticəsində 39 yaşlı futbolçu Xose Hüqo de la Kruz Mesa dünyasını dəyişib. Digər zədəli futbolçular xəstəxanaya aparılıb. Onlar ciddi yanıq xəsarətləri alıblar.
Azpost.info