İlham Əliyev 31 il əvvəl Moskvada Novruz Bayramı tədbirində –1992-ci ildə mərasimi kim təşkil edib? /FOTO

Novruz Bayramı qürbətdə yaşayan azərbaycanlıları birləşdirən bir bayram kimi də həmişə fərqlənib.

1980-ci illərin sonu-1990-cı illərdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız Novruz bayramı günü toplaşaraq bunu həmrəylik mesajı kimi nümayiş etdiriblər.

Azpost.info oxucularına maraqlı bir fotonu təqdim edir.

1992-ci ildə Rusiya azərbaycanlılarının ilk təşkilatı olan Azərbaycan Vətəndaş Assambleyası Moskvada Novruz bayramını qeyd edib. Həmin bayram tədbirinin iştirakçısı olmuş, hazırda ABŞ-da yaşayan Eldar Qocayev foto barədə qeydində bildirib ki, Novruz Bayramı tədbiri  Moskvada M.Qorki (indiki Tverskaya) küçəsimdə yerləşən “Bakı” restoranında keçirilib. “Bu foto həmin diyi Novruz Bayramından bir fraqmentdir.  Şəkildə həmin dövr Moskvadakı azərbaycanlı ziyalıların bir sıra aparıcı üzvləri yer alıb”.

Bayram mərasimində o zaman Moskvada yaşayan Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. 

İlham Əliyevin sağ tərəfində duran eynəkli şəxs məşhur Azərbaycan şairi Osman Sarıvəllinin oğlu, Rusiya EA-nın Fəlsəfə İnstitutunun professoru Rafiq Qurbanovdur.

R.Qurbanov Moskvada Azərbaycan diasporunun rəhbərlərindən biri olub.  R.Qurbanov M.Lomonosov adına Moskva Dövlət Universitetində, Moskva Fizika və Texnika institutlarında dərs deyib. Moskva Dövlət Pedaqoji Universitetində doktorluq dissertasiyası üzrə Müdafiə Şurasının üzvü olub. 200-dən artıq elmi işin, habelə “Fizikada fəlsəfi əlaqələr kateqoriyası” monoqrafiyasının müəllifidir.

Qeyd edək ki, İlham Əliyev 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutuna daxil olub. Oranı bitirdikdən sonra institutun aspiranturasına qəbul edilib, 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb. 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim işləyib. Mərhum prezident Heydər Əliyevə qarşı SSRİ rəhbərliyi tərəfindən aparılan kampaniya ilə bağlı İlham Əliyev dərs dediyi ali məktəbi tərk etməyə məcbur olub. O, 1991–1994-cü illərdə özəl biznes sahəsində çalışIb. Həmin dövrdə bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib.

Azpost.info

Əvvəlki məqalə

Rusiya Haaqa Məhkəməsinə qarşı hərəkətə keçdi

Sonrakı məqalə

Səs-küylü yolların yaxınlığında yaşayanlar hansı xəstəliyə düçar ola bilər?