İlham Əliyev ad gününü evində belə qeyd etdi –

"Əziz dostlar, təbriklərinizə görə təşəkkür edirəm, Allah hamınızı qorusun!" (FOTOLAR)
24 Dekabr 2019 - 22:41

Bu gün Prezident İlham Əliyevin ad günüdür.

Azpost.info bildirir ki, dövlət başçısı 58 yaşını qeyd edir. Bu münasibətlə İ.Əliyevin sosial şəbəkədəki səhifəsində evdə ailə üzvləri ilə keçirdiyi məclisdən fotolar yayılıb.

Prezidentin qızı Leyla Əliyeva yazılan çoxsaylı təbriklərə görə təşəkkür edib: “Əziz dostlar, təbriklərinizə, səmimi sözlərinizə və arzularınıza görə təşəkkür edirəm!!! Prezidentimizə və bütün Azərbaycan xalqına Allahdan cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm! Qoy Azərbaycanda hər zaman günəş saçsın, əminamanlıq, xeyirxahlıq və sevgi hökm sürsün!!! Allah hamınızı qorusun!”