“İlham Əliyev Ukraynadakı müharibənin ən yaxşı təhlilçilərindən biridir” –ƏRDOĞAN

“Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanı ən yaxşı tanıyan liderlərdən biridir”.

“Anadolu”nun verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Brüsseldən qayıdarkən təyyardə jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan Prezidentinin Türkiyəyə səfəri zamanı əsas müzakirə mövzusu Rusiya və Ukrayna məsələsi olub: “Onun cənab Putinlə münasibətləri hamıya məlumdur. İlham Əliyev bu müharibənin ən yaxşı təhlilçilərindən biridir. Onunla bu barədə çox açıq və aydın danışmaq imkanımız oldu”, – deyə Türkiyə Prezidenti bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.