İlham Əliyev Gürcüstan prezidenti ilə görüşüb –YENİLƏNİB

İyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstan Prezidenti xanım Salome Zurabişvili ilə görüşüb.

Bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Görüşdə Prezident Salome Zurabişvili IX Qlobal Bakı Forumunun uğurla keçirilməsi münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Söhbət zamanı regional əməkdaşlıq və ikitərəfli gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparıldı. Həmçinin nəqliyyat, enerji məsələlərinə toxunuldu, tranzit sahəsində yeni imkanların yaradıldığı qeyd edildi.

Əvvəlki məqalə

Bakı Dövlət Sirkinin direktoru istefa verib

Sonrakı məqalə

Zəngilanda narkotacirlər sərhədi pozub –