İlham Əliyev Finlandiya Prezidentini təbrik edib

Prezident İlham Əliyev Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubba təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

“Hörmətli cənab Prezident,

Finlandiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq ölkələrimiz arasında əlaqələr bundan sonra da dostluq və əməkdaşlıq zəminində inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə ən xoş arzularımı çatdırır, xalqınıza daim əmin-amanlıq və firavanlıq arzulayıram”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.