İlk “F-16″lar Ukraynaya nə vaxt gələcək?- Açıqlama

İlk F-16 qırıcıları Pasxa bayramından sonra Ukraynaya gələcək.

Azpost.info xəbər verir ki, bu barədə ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndəsi İlya Yevlaş bildirib.

O qeyd edib ki, bu, ən yüksək hərbi-siyasi rəhbərliyin səlahiyyətində olan məsələ olduğundan, təchizatla bağlı  Silahlı Qüvvələr birbaşa cavabdeh deyil.

“Gözləyirik. İlk qırıcılar Ukraynaya gələndə biz bu barədə mütləq məlumat verəcəyik”, – Yevlaş deyib.

Azpost.info

Əvvəlki məqalə

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam veriləcək

Sonrakı məqalə

Tokayev Azərbaycan və Ermənistanın Almatıda danışıqlar keçirmək barədə razılaşmasını alqışlayıb