İlon Mask Baydeni “əbədi müharibəni” maliyyələşdirməkdə ittiham edib

ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukraynada “əbədi müharibəni” maliyyələşdirir.

Azpost.info xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, Bayden mütəmadi olaraq Kiyevə yardım üçün ABŞ Konqresindən əlavə vəsait tələb edir ki, bu da yalnız münaqişəni qızışdırmağa xidmət edir.

Daha əvvəl məlum olub ki, Bayden Ukrayna hakimiyyətinə əlavə hərbi yardım üçün 24 milyard dollar ayrılması xahişi ilə ABŞ Konqresinə gizli müraciət edib.

Azpost.info

Əvvəlki məqalə

Fəzail Ağamalı ailə üzvlərinin məhkəməyə verildiyini təsdiqlədi

Sonrakı məqalə

Lalə -Şövkət Liberal Partiyasını bərpa edir –