İlon Mask NATO-nun yenidən təşkil edilməsini təklif edib
Milyarder İlon Mask NATO-nun buraxılmasını və yenidən qurulmasına çağırıb.
AzPost bildirir ki, Mask bu barədə öz X şəbəkəsində Yuta senatoru Mayk Linin bununla bağlı təklifini dəstəkləyərkən yazıb. Senator NATO-nu “soyuq müharibədən” qalan “anoxronizm” adlandırıb.
“NATO-nun tam yenidən qurulmasına ehtiyac var” deyə İlon Mask yazıb.
Mask bundan əvvəl NATO-ya qarşı sərt bəyanatlar verib. Keçən ilin martında o, sərmayəçi David Saşın NATO-nun ləğv edilməli olduğu fikrini dəstəkləyib: “Doğru. Məni həmişə heyrətləndirmişəm ki, NATO-nun düşməni Varşava Müqaviləsi ləğv edildikdən sonra da mövcud olmağa davam edir”.
Latviya prezidenti Edqars Rinkeviçs ona belə cavab verib: “Hörmətli İlon Mask, NATO-nun yaranmasının, mövcudluğunun səbəbi Rusiya və azad dünyanın digər düşmənləridir”.