Amerikalı sahibkar və SpaceX şirkətinin rəhbəri İlon Mask uşaqlıqda hipnoz etməyi öyrənibmiş. O, bacısı Toskanı it olduğuna inandıraraq dördayaq üstə qaçmağa və çiy donuz əti yeməyə məcbur edib.
Azpost.info bildirir ki, bu barədə “Yahoo! Finance” portalı məlumat yayıb.
Valter Ayzeksonun təqdim etdiyi “Elon Mask” adlı yenicə nəşr olunmuş tərcümeyi-halından məlum olur ki, balaca İlon başqa hiylələr etmək üçün hipnozdan istifadə edib. Ünsiyyətcil uşaq olmayan Mask kitab oxumağa, eksperimentlər aparmağa həvəsli olub.
Mask müəllifə atası Errolun uşaqları psixoloji işgəncələrə məruz qoyduğunu etiraf edib.
12 yaşında valideynləri onu sərt qaydaları olan çöl düşərgəsinə göndəriblər. Maskın dediyinə görə, həmin uşaq düşərgdə uşaqlar məhdud miqdarda yemək və su alırdılar. Böyüklər uşaqları bir-biri ilə dalaşmağa təşviq edirmişlər.
Azpost.info