İlon Mask X sosial şəbəkəsində TV-lər üçün yutubun analoqunu açır

Amerikalı milyarder və sahibkar İlon Maska məxsus X yutub ilə rəqabət aparmaq üçün “Amazon” və “Samsung Smart” TV-lər üçün proqram təqdim edəcək.

Bu barədə “Fortune” jurnalı mənbəyə istinadla məlumat yayıb.

Məlumata görə, təqdimat gələn həftəyə planlaşdırılıb, yeni platformanın interfeysi televizorlara quraşdırılmış yutub tətbiqi ilə eyni olacaq.

“Mask yutub ilə rəqabət aparmaqda qərarlıdır”, – deyə nəşrin həmsöhbəti bildirib.

Onun fikrincə, tətbiqin köməyi ilə Mask istifadəçiləri televiziya ekranlarında uzun videolara baxmağa inandırmaqla yeni reklamçıları cəlb etmək niyyətindədir.

Əvvəlki məqalə

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanılıb

Sonrakı məqalə

Sənədlərə apostil necə verilir? –