İlqar İbrahimoğlu dindirildikdən sonra sərbəst buraxılıb

İlahiyyatçı, Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiə Mərkəzinin sədri İlqar İbrahimoğlunun Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində bir neçə saat şahid qismində dindirildikdən sonra oktyabrın 20-də gecə saat 2 radələrində sərbəst buraxılıb.

Bu barədə İbrahimoğlunun özü facebook səhifəsində canlı yayımda bildirib.

O oktyabrın 19-da Dövlət Təhlükəsizliyi Xidmətinə aparılıb.

“Mən hazırda sərbəstəm. Məni gəlib evimdən aparıblar. Bir neçə saat şahid qismində dindirilmişəm. Maraqlandırılan suallara cavb vermişəm. Geniş, ətraflı müzakirələr olub. Bütün sürəc boyunca çox peşəkar, korrekt davranılma olub. Hazırda mənə ünvanlanan bütün suallar, məsələlər cavablandırıldığı üçün sərbəst buraxılmışam,” – o qeyd edib.

İbrahimoğlu həmçinin telefonuna bir neçə gün əlçatımlığı olmayacağını və bu səbəbdən ona telefon və sosial şəbəkələr vasitəsi ilə müraciət edilməməsini xahiş edib.

Bununla yanaşı, İlqar İbrahimoğlu hansı cinayət işi üzrə dindirilməsi və dindirilmənin detalları barədə məlumat verməyib. O həmçinin yenidən dindirilmə üçün dəvət edilib-edilməyəcəyini də deməyib.

Dövlət Təhlükəsizliyi Xidməti də ilahiyyatçının dindirilməsinin səbəbləri ilə bağlı hələ məlumat yaymayıb.

İlahiyyatçının şahid qismində dindirilməsi İran-Azərbaycan münasibətlərinin gərgin olduğu bir vaxta təsadüf edir.

Ilqar Ibrahimoğlu bundan öncə 2003-cü ildə prezident seçkilərindən sonra həbs edilib. O 2004-cü ilin aprelində beş il şərti həbs cəzası ilə azadlığa buraxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

COVID-19 pasportu olmayan 307 nəfər toy məclisinə buraxılmayıb –

Sonrakı məqalə

Belarusun Nyu-Yorkdakı Baş konsulluğu bağlanıb