İmran Xan dövlət sirri ilə bağlı ittihamdan bəraət aldı-Qanunsuz nikaha görə həbsdə qaldı

Pakistanda ölkənin sabiq başnaziri İmran Xan dövlət sirrini açıqlamaq ittihamı ilə 10 il həbs cəzası verilən işdə bəraət alıb.

2023-cü ilin avqust ayından həbsdə olan İmran Xan ona qarşı irəli sürülən qanunsuz nikah ittihamı ilə həbsxanada qalmaqda davam edəcək.

71 yaşlı sabiq baş nazirin vəkillərinin verdiyi açıqlamaya görə, İslamabad Ali Məhkəməsi Xana bəraət qazandırıb.

Açıqlamada bildirilir ki, eyni işdə təqsirli bilinən sabiq xarici işlər naziri Şah Mahmud Qureşi də bəraət qazanıb.

İmran Xan Pakistanın Vaşinqtondakı səfirinin göndərdiyi məxfi sənədin məzmununu ictimaiyyətə açıqlamaqda və ondan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham olunurdu. O və sabiq xarici işlər nazirinin hərəsi 10 il müddətinə azadlıqdan məhrum edilmişdilər.

Amma Pakistan məhkəməsi, Buşra Xanın boşandıqdan sonra yeni evlilik üçün gözləməli olduğu müddətdən əvvəl İmran Xanla ailə qurmağını əsas gətirərək nikahın “qanunsuz” olduğuna hökm verib və sabiq baş nazir İmran Xan və həyat yoldaşı Buşra Xanın hər biri “qanunsuz nikah bağladıqları” iddiası ilə 7 il azadlıqdan məhrum edilib.

Əvvəlki məqalə

İlk zəvvar qrupu Həcc ziyarətinə yola düşüb –

Sonrakı məqalə

Hizbullahın atdığı raketlər İsrailin şimalında dəhşətli yanğına səbəb olub