İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı

13 Aprel 2020 - 15:38

Bu günə qədər 8103 qısa nömrəsinə göndərilən SMS-lərin sayı məlum olub.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real” tv-nin efirində deyib.

Onun sözlərinə görə, bu günə kimi 8103 qısa nömrəsinə 8,2 milyon SMS göndərilib:

“Bunların da təqribən 64 faizinə müsbət cavab verilib. İlk günlərdə təqribən 62 faiz SMS yanlış format, aidiyyəti olmayan sözlərlə göndərilmişdi. Bu faiz get-gedə düzəlmək üzrədir. Son günlərin – dünən və bu günün statistikasına baxanda müsbət cavalandırma 80 faiz təşkil edib. İlk günlərdə isə sui-istifadə halları olurdu, yəni müəyyən nalayiq sözlər yazan və ya aidiyyəti olmayan ifadələrlə SMS göndərən şəxslər var idi. Daxili İşlər Nazirliyi tərəfindən də həmin şəxslər barəsində müəyyən tədbirlər görülür”.