Yas adı ilə yalan SMS göndərənlərə məhdudiyyət qoyulmasına başlanıldı

“Yalan SMS göndərənlər xüsusi karantin rejimini pozduqlarına görə cərimələnirlər və bundan sonra da təkrarlama halları olarsa, həmin şəxslər barəsində qanunvericiliyə uyğun olaraq digər tədbirlər görüləcək”.

“Report” xəbər verir ki, bu barədə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Elektron Hökumətin İnkişafı Mərkəzinin direktoru Fariz Cəfərov “Real TV”nin efirində deyib.

Onun sözlərinə görə, son günlərdə təhlillərlə müəyyən olunub ki, gün ərzində 3 kodu üzrə (yaxın qohumun dəfnində iştirak) 30 minə yaxın müraciət olub:

“Gün ərzində dünyasını dəyişənlərin statistikasına baxdıqda məlum olur ki, 30 min rəqəmi həddindən artıq çoxdur. Son 8 gün ərzində 3 kodundan sui-istifadə edən şəxsləri müəyyənləşdirmişik. Həmin şəxslərə məhdudiyyətlər tətbiq edilib. Artıq o şəxslər 3 kodundan istifadə edə bilmirlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İndiyədək 8103-ə göndərilən SMS-lərin sayı açıqlandı

Sonrakı məqalə

CNN: